Biznes plan üzrə ekspert Cavid Abasovun “Marja”ya müsahibəsi
-Uğurlu biznes başlanğıcı prosesi necə olur? Biznes ideyasını düzgün yönəltmək üçün nələrə ehtiyac var və hansı məqamlara diqqət yetirmək lazımdır?
İlk olaraq qeyd edim ki, həm yeni ideyaların formalaşması, həm də bu ideyalardan ilhamlanaraq uğur qazanmaq yolunda özümüzə bir hədəf təyin edə bilməmiz üçün, münbit şəraitə ehtiyac var – hal-hazırda yaşadığımız mühit, oxuduğumuz universitet, ətrafımızdakı insanlar olduqca önəmlidir. Hər birimizin beynində zamanla müəyyən biznes ideyaları yaranır. Bəziləri bunu inkişaf etiditib reallaşdırır, bəziləri isə bu yolda müəyyən çətinliklərlə üzləşdikləri zaman, bu fikirdən əl çəkirlər. Ümumiyyətlə hər-hansısa bir ideya yarandıqda, onu beyində saxlamaq lazım deyil. Əksinə, bir yerə qeyd etmək, onun inkişaf yolları üzərində düşünmək, araşdırmalar aparmaq və həmin sahədə çalışan təcrübəli şəxslərdən məsləhətlər almaq lazımdır.

-Biznes plan məsələsinə toxunmaq istəyirəm. Əksər şirkətlərin biznes plan haqda ya məlumatları yoxdur, və ya biznes plana ehtiyac duymurlar. Bəs sizin fikrinizcə, biznes planın şirkətlər üçün nə kimi faydaları var?
Ümumiyyətlə, mən belə düşünürəm ki, plansız heç bir fəaliyyət uğurla nəticələnə bilməz. Əgər biz bir bizneslə əlaqəli addımlar atırıq və biznes plana ehtiyac duymuruqsa, bu, heç bir əsası olmayan faktorlara söykənir. Biznes planın bizə verdiyi üstünlüklər var ki, onlar əvvəlcədən bizdə növbəti mərhələlər haqda fikir yaradır, bizə faydalı addımlar atmaqda yardımçı olur. Mən həmişə, hər hansısa bir biznes ideya yaranan zaman, onun biznes planla təmin edilməsinin tərəfdarı olmuşam. Təcrübə göstərir ki, artıq fəaliyyətdə olan biznes üçün planlama etmək daha çətin və az effektiv olur. Məsələn, 3-4 ildir fəaliyyət göstərən bəzi şirkətlər var ki, hazırda lazımi büdcə və vaxtlarının olmadığını bəhanə edərək, növbəti 5 ildə biznes plan hazırlayacaqlarını bildirir. Lakin, 5 ildən sonra, hələ də yerlərində addımladıqlarının şahidi olurlar və anlayırlar ki, illər öncə biznes plan hazırlasaydılar, hazırda tam fərqli yerdə ola bilərdilər.
-İnsalara həqiqətən faydalı olacaq və önlərinə işıq tutacaq bir biznes planda hansı məlumatlar əks olunmalıdır?
Biznes planda biznes ideyası ilə bağlı A-dan Z-yə bütün məlumatlar öz əksini tapmalıdır. İdeyadan da əlavə, görüləcək bütün fəaliyyətləri yazılmalı və bu fəaliyyətlərin necə həyata keçiriləcəyi müəyyən edilməlidir. Bir biznes planda biznes, biznes strukturu, marketinq, maliyyə və mühasibatlıq, satış ilə bağlı məlumatlar ətraflı şəkildə təqdim edilir. Bütün bu məlumatların içərsində ayrı-ayrı başlıqlar öz əksini tapır. Yəni, qısa desək, çox ciddi bir araşdırma aparılır və demək olar ki, bu sektorda olan bütün təcrübədən keçmiş detallar təhlil edilir. İlk vaxtlarda beyində formalaşan biznes ideyası, biznes plan formasına təhlil edilib yazıldıqda tamamilə fərqli olur. Çünki təbii olaraq əvvəldə biz bəzi məqamları görə bilmirik. Yalnız ideya planlaşdırıldığı halda – biznes plan hazır olduqdan sonra, oradakı üstünlüklərin fərqini anlaya bilirik. Eyni zamanda təyin edilən məqsədə çatmaq üçün addımların ardıcıllığını, bütün prosesin təfərrüatları ilə tanış oluruq.
-Ümumiyyətlə biznes planlar hansı istiqamətlərdə yazılmalıdır?
Ümumiyyətlə, biznes planlar müxtəlif səbəbələrdən və fərqli istiqamətlərdə hazırlanır və tətbiq olunur. Əsas səbəb şühbəsiz ki, hansısa biznes ideyasının reallaşdılrılması yolunda atılması zəruri olan addımların toplusunu müəyyən etmək, bu biznesin hədəfi, məqsədləri, idarəetmə forması, gəlirliyi və s. kimi onlarla önəmli hissələri çalışmaqdır. Eyni zamanda fəaliyyətlərində hansısa bir problem, xaotiklik olan şirkətlərin hazırkı vəziyyətinin düzəldilməsi, gələcək gəlirlilik səviyyəsinin artırılması və bu hədəflənən nöqtəyə çatmaq üçün fəaliyyətləri müəyyən etmək biznes plan hazırlanmasının əsas vəzifələrindən biridir. Son olarq isə, ən önəmli səbəblərdən biri yeni investorların cəlb olunmasıdır. Əgər hansısa bir biznesin böyümə planları şirkətin maliyyə imkanlarından kəanardadırsa, bu zaman yeni investorların cəlb olunması şərtdir. Yeni investorlara isə ideya və ya cari faəliyyətin hansı mexanizmlə çalışdığı, bazar imkanlarının və hədəflənən bazar payının nə olduğunu, sadalannların əsaslandırılmasının ən gözəl yolu o investorlara peşəkarcasına yazılmış bir biznes plan təqdim etməkdən keçir.
-Bugünə kimi onlarla biznes plan yazmısınız. Bu biznes planlar sifairşçilərinizə – şirkətlər və fərdlərə nə kimi uğurlar qazandırıb?
Çox sevindirinci haldır ki, yazdığım biznes planların böyük əksəriyyəti investorlar tərəfindən real olaraq qiymətləndirilib və nəticədə hədəflənən investisiyalar cəlb olunub, biznes isə qurduğumuz strategiya ilə fəaliyyətə başlayıb. Bu isə, biznes planda əsas amildir. Əlavə olaraq, mən orta miqyaslı şirkətlərə biznes strategiyaları, marketinq strategiyaları ilə bağlı bəzi istiqamətlər vermişəm və onların strategiyalarının yazılmasında bir-başa konsultasiya dəstəyi təmin etmişəm. Qarşıya qoyulan hədəflər bir müddətdən sonra özünü müsbət şəkildə göstərdikdə insan, həqiqətən də, daha da həvəslənir və motivasiyası da yüksək səviyyədə olur.
-Hər bir sahədə olduğu kimi biznesdə də uğurlu olmağın vacib şərtlərindən biri bazarın düzgün şəkildə araşdırılmasıdır. Bu haqda nə deyə bilərsiniz?
Marja.az