Cari bizneslər üçün biznes planın yazılması proseduru, investisiya cəlb olunması üçün yazılan biznes planların prosedurundan fərqilidir. Artıq səhv və yaxud düz oturuşmuş sistem, əldə olunan gəlir, komanda, hədəflər və səthi də olsa planlar var. Bu biznesi inkişaf etdirmək üçün yeni investisiyalar yatırmaq lazım gəldiyində biznes plana ehtiyac var deməkdir.

Cari biznesin biznes planını hazırlayacaq şəxs əgər şirkət daxilindəndirsə mütləq neytral olmalıdır. Əgər neytrallıq ilə bağlı şübhələr varsa mütləq şirkət xaricindən bir ekspertlə çalışmaq lazımdır.

Biznesin kəşfi, ümumi tanışlıq

Belə olan halda şirkət xaricindən cəlb olunan konsaltinq şirkət biznes və sektor ilə yaxından tanış olur. Bütün məlumatları əldə edir, bütün söz sahibi rəhbərlik ilə görüşərək qeydlərini götürürlər. Əgər şirkət kiçikdirsə bütün kollektivlə görüşürlər. Sorğu anketləri şəxslər tərəfindən doldurulur.

Bazar araşdırması, Analizi və SWOT

Biznesin olduğu sektor, rəqiblər, büdcələr, müştərilər və məhsullar araşdırıldıqdan və anliz olunduqdan sonra bir də şirkətin zəif, üstün, fürsət və təhditlərini bilmək üçün SWOT analizi etmək vacibidir.

Audit və hesabat

Bunun əsasında şirkət ilə bağlı daxili bütün prosedurlara görə audit aparılır və hesabat hazırlanır.

Vizion, hədəf və strategiyalar təyin olunur.

Ümumiyyətlə rəhbərliyin fikriləri aşkarlanır və hansı viziona doğru addım atmaq istədikləri əldə olunur. Burada ən önəmli nüans düzgün vizionu kəşf etməkdir. Yoxsa atılacaq bütün addımlar yalnış olacaq və fayda verməyəcəkdir.

İdarəetmə stukturu və idarəetmə sisteminin formalaşdırılması

Sturkturun daha da yaxşılaşdırılması, boşluqların aradan qaldırılması, idarəetmə sisteminin qurulması, faəliyyətlərin formalaşdırılaması və hər bir departamentin öz vəzifə təlimatlarının qeyd olunması və bu işlərin bir birinə inteqrasiyasını təmin etmək lazımdır.

Şirkətin dəyərlər sistemi

Paralel olaraq şirkətin dəyərlər sistemini yaratmaq və buradan yaranan dəyərləri rəhbərlikdən mütəxəssisədək aşılamaq lazımdır.

Məhsul və yaxud məhsulların formalaşdırılması, İstehsalatın və Stokun idarəedilməsi

Məhsulların tam olaraq formalaşdırılması, yenilənməsi və istehlakçının istəyinə uyğun salınması vacibdir. Bundan əlavə ən əsası varsa istehsalatı tənzimləmək, stoku tənzimləmək və istehsalat və stok planlaması etmək vacibdir.

Maliyyə, Marketinq, Satış, İnsan resursları planlaması, (Daxili prosedurlar)

Gəldik əsas başlığa. Şirkət daxili bütün fəaliyyətləri tək-tək planlamaq və onlara uyğun olaraq Maliyyə, Marketinq, Satış və İnsan Resursları planlamalarını etmək lazımdır. Ediləcək investisiya ilə nə qədər qazanc əldə olunacaq, qazanclar hansı istiqamətlərdən formalaşacaq, bunu əldə etmək üçün Marketinq, Satış və İnsan resursları və s. nələr edəcək kimi suallar və detallar bu başlıq altında toplanır.

Daxili prosedurların inteqrasiyası

Ümumi bütün prosedurlar yazıldıqdan sonra bu prosedurların bir birinə inteqrasiyasını təmin etmək lazımdır. Aradakı boşluqlar və s. aradan qaldırılmalı və tam dönən çarx şəklinə gətirilməlidir. 

Bir illik planlama

Uzun müddətli planlamaya ehtiyac yoxdur. 1 illik amma real planlar təyin etmək lazımdır. Atılacaq bütün addımlar yazılmalı və müxtəlif layihə idarəolunması üçün istifadə olunan platformalardan istifadə edərək tapşırıqları bir-bir həll etmək lazımdır.Şirkət tam fərqli sferalarda fəaliyyət göstərə bilər və elə mövzular ola bilər ki, bu punktlar daxilində olmasın. Audit olunan zaman mütləq bütün mövzular qeyd olunmalı və biznes plan bu mövzulara uyğun hazırlanmalıdır.