Skip to main content Skip to search

Biznes Plan – İnvestisiya

Sahibkarlığın günü gündən inkişaf etməsi, kiçik və orta sahibkarlığa dəstək fondlarının yaradılması və yeni biznes imkanlarının yaranması nəticəsində Azərbaycanda sahibkarlar öz fəaliyyət çərçivələrini daha da böyütmək məqsədilə investisiya cəlb edir və sürətli böyüməyi hədəfləyirlər . İstər dövlət istərsə də fərdi investorlar tərəfindən hər hansısa investisiyanın cəlb olunmasını təmin etmək üçün biznes planın düzgün formada yazılması və qarşı tərəfə düzgün formada təqdim olunması vacibdir.

İnvestisiya cəlb etmək üçün təqdim etdiyiniz biznes planın beynəlxalq standartlara cavab verməsi, peşəkar araşdırmalara əsaslanması, o cümlədən maliyyə modullarının düzgün qurulması, marketinq, satış, planlama, idarəetmə, biznesin inkişafı və s. strukturlarının və sistemlərinin düzgün təyin edilməsi çox vacibdir. Çünki biznes ideyasının nə dərəcədə böyük və ya kiçik olmasından asılı olmayaraq, layihənin bütün mərhələlərini investisya etməyi planlaşdıran tərəflərə detallı və peşəkarlıqla çatdırmaq investisiya cəlb etməyə müvəffəq olmağın ən əsas zərurətlərindədir. Bu təfərrüatların məcmusu – biznes plan, potensial investorla “eyni dildə danışmaq” və ideyanızın nə qədər uğurlu olmasını isbat edə bilməniz üçün çox vacib bir imkandır. Komandamızın bu günə qədər hazırladığı onlarla biznes planların uğurlu investisiya cəlb etməsi bizi son dərəcə qürürlandırır.

Biznes planın faydaları:

  • Beynəlxalq standartlara uyğun biznes plan,
  • Araşdırma və Analiz, SWOT məlumatlarını
  • İdeya qismi, əsaslandırılması və maksimum optimallaşdırılmış və effektiv yanaşma
  • Əsaslandırılmış marketinq, satış qeydləri
  • İdarəetmə ilə bağlı detalların qeyd olunması,
  • İstehsalat, anbar və logistikanın planlaşdırılması,
  • Maliyyə analizi (EBITA, EBIT, PnL, PBP, Cash Flow və s.)
  • Müxtəlif metodologiyalar ilə risklərin analizi,