TƏLİM HAQQINDA MƏLUMAT
Təlimin təşkil olunmasındakı əsas məqsəd:
Şirkətin və yeni qurulan bizneslərin qısa zamanda öz hədəflərinə çata bilməsi üçün həyati dərəcədə önəm daşıyan marketinq strategiyasının yazılması, planlaşdırılması və icrasına dair praktiki və nəzəri biliklər vermək və eyni zamanda iştirakçılarda bu strategiyanı praktiki olaraq icra edə biləcək bacarıqların formalaşdırılmasına yardımçı olmaq.
Təlimin hədəf kütləsi:
-
Marketinq menecerləri;
-
Şirkət rəhbərləri;
-
Biznesə yeni başlayan iş adamları;
-
Direktorlar;
-
Şöbə müdirləri;
-
Marketinq üzrə təlim-tədris verən şəxslər;
-
Marketinq üzrə ixtisaslaşmaq və bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər;
Təlimdən qazanılacaqlar:
-
Müştəri yönümlü və rəqabətə yönəlmiş marketinq strategiyalarının kritik əhəmiyyətini qiymətləndirmək bacarığı;
-
Əsas strateji problemləri və performans boşluqlarını müəyyən etmək bacarığı; Mövqeləndirmənin əhəmiyyəti;
-
Bazar analizi və araşdırma metodikalarını və bu metodikaların strateji marketinqdə rolu;
-
Satış kanallarının optimallaşdırılması;
-
Rəqabət qabiliyyətli strateji analiz alət və texnikalarından istifadə etmək imkanı;
-
Strukturlaşmış strateji marketinq planın quruluşu haqqında biliklər.
Təlimdə olacaq:
-
Təqdimatlar,
-
Praktiki və nəzəri biliklər,
-
İnteraktiv müzakirələr,
-
Praktiki tapşırıqlar,
-
Yoxlama imtahanı,
-
Master klaslar,
-
Coffee brake.
-
Sertifikat.
TƏLİMDƏ KEÇİRİLƏCƏK MÖVZULAR VƏ TƏLİM PROQRAMI:
1.Strategiya nədir? Marketing strategiyasına giriş;
-
Əsas anlayışların tarixi və təsviri;
-
Sistemin optimallaşdırılması strategiya deyil;
-
Strategiya xüsusi fəaliyyətlərə dayanır;
-
Strategiya nədir;
-
Mavi okean strategiyası;
-
“Trade off” anlayışı və lokal bizneslərə tətbiqi;
-
Strategiyaya uyumlu menecmentin yaradılması.
2. Marketing araşdırmaları. Bazarın öyrənilməsi;
-
Bazar harada başlayır və harada qurtarır;
-
Bazar araşdırması növləri;
-
PEST;
-
Strategiyanı müəyyənləşdirən beş rəqabət gücü;
-
Praktiki iş.
3.Strateji Mövqeləndirmə:
-
Strategiya elə məhz Strateji mövqeləndirmədən başlayır;
-
Sonsuz reklam və alternativlərin hökmranlğı;
-
Meta market nədir? Necə edək ki, markamız meta olmasın;
-
Keyfiyyət, qiymət, yaradıcılıq, müştəri yönümlü olmaq mövqeləndirmə deyil;
-
Zehinlərə hücum et və zehinlərə yol tap;
-
İlk olmaq; bazar lideri olmaq; miras buraxmaq; sektor mütəxəssisi olmaq;
-
Böyümək mövqeləndirmənizi məhv edə bilər;
-
Mövqelən ya da öl!
-
Praktiki iş
4.Müştəri profilinə uyğun Marketing kommunikasiyaları:
-
Əvvəlcə özünü, daha sonra müştərini tanı;
-
İstehlakçı davranışları;
-
Marketinq reklam deyil;
-
Marketinq kommunikasiyaları mix-i;
-
Reklam agentlikləri ilə iş;
-
Praktiki iş.
5.Kommunikasiya sonrası:
-
Ya sonra?!
-
Əvvəlcə əməliyyat, sonra təşviqat;
-
Məlumatların toplanması, müşahidəsi və analizi;
-
İtirdim, itirdim, itirdim…
-
Necə edim ki yenə gəlsin;
-
Yeni müştəri gətirmək, sadiq müştərini saxlamaqdan daha bahadır;