İşim ilə əlaqədar olaraq davamlı yeni bizneslər, maraqlı ideyalar axtarışında oluram. İllər boyu yazdığım bəzi biznes ideyalar haqqında məlumatlar paylaşacağam. Maraqlı olan şəxslər daha dərinləməsinə araşdıra bilər, biznes plan hazırlaya bilər və bəlkə də sərmayə yatıraraq bu biznesə yatırım edə bilərlər.

 

Təmizlik sektoru 120 ilə yaxın bir keçmişə sahibdir. Dünyada və Azərbaycanda xidmət sektorunun çox qədim tarixi olmasına baxmayaraq, təmizlik xidmətinin bir sektor olaraq formalaşması, Avropada 1900-cü illərin əvvəllərinə təsadüf edir. Almaniyada 1902-ci ildə başlayan təmizlik sektorunda ilk inkişaflar sürətlə irəliləmiş və vu sektorda ciddi rəqabət yaranmışdır. Lakin buna baxmayaraq bəzi ölkələrdə hələ də təmizlik sektoru kifayət qədər formalaşmayıb. Elə Azərbaycan da bu ölkələr siyahısındadır.

Bu yazı qətiyyən biznes plan, biznes plana dəstəkçi xarakter daşımır. Yazı sadecə təmizlik xidməti biznesi ilə bağlı müəyyən əsaslı fikirləri və qeydləri özündə birləşdirir.

İş dünyasına yeni girənlər üçün bir çox yeni iş fikirləri mövcuddur. Şirkətlər yaranır, iş mühiti yeni trendlərə ayaq uyduraraq davamlı inkişaf edir. Buna əlavə olaraq son zamanlarda kişilərlə birlikdə qadınlar da iş həyatında fəal şəkildə iştirak etdiklərindən, təmizlik xidməti göstərən şirkətlərə, şəxslərə ehtiyac duyulmaqdadır. Nəticədə keçmişdə qadınlar ev və ofis təmizlik işləri ilə məşğul olar, kişilər isə pul qazanardı. Amma artıq vəziyyət bu şəkildə deyil. Çalışan cütlüklərin çoxu təmizlik mövzusunda kömək almadan işin üstəsindən gələ bilmirlər. Bu nöqtədə güvənə biləcəkləri birilərinə ehtiyac duyulduğu üçün təmizlik şirkətləri gələcək vəd edən bir sektor halına gəlməktədir.

Qısacası, təmizlik şirkəti açmaq fikriylə yola çıxacağınız, düzgün idarəetmə sistemi formalaşdıracağınız və peşəkar xidmət vermə prinsiplərinə ayaq uyduracağınız təqdirdə uğurlu bir şirkətin təməlini qoya bilərsiniz. Bu sektora girərkən əlbəttə həssas və dəqiq qərarlar verməlisiniz.

Azərbaycanda da kifayət qədər təmizlik şirkəti qurulmuşdur. Lakin liderlik uğrunda gedən amansız mübarizədə kimin qalib olduğunu aşkarlamaq çox çətindir. Bunun üçün ciddi bir araşdırmaya ehtiyac var. Bəlkə də, bu bizim gələcək yazılarımızdan birinin mövzusu ola bilər.

N Şirkətin adı Sayt ünvanı
1 Clean.az http://clean.az/az/temizlik-xidmetleri/
2 Eco Cleaning Service https://www.ecocleaning.az/
3 Azcargo Logistics and Management Services https://188.az/index
4 Ecoman https://ecoman.az/
5 Təmiz Ev http://temizev.az/az/
6 Real Cleaning http://realcleaning.az/
7 Best Cleaning Service https://www.bestcleaning.az/
8 Clean House http://clean-house.az/
9 Şeh http://www.sheh.az/
10 Təmiz Pro http://www.temizpro.az/az
11 Evrostar http://evrostar.az/
12 Etalon Cleaning Service http://www.etalon-clean.com/
13 Tərtəmiz http://tertemiz.az/
14 Alfa-SS http://alfa-ss.az/

TƏMİZLİK ŞİRKƏTİ AÇARKƏN NƏLƏRƏ DİQQƏT ETMƏLİYİK?

İnkişaf edən və inkişafda olan ölkələrdə təmizlik xidməti önəmli bir sektor olmağa başlayır. Qadınların da işləməsi ilə ev təmizliyinə ciddi ehtiyaclar yaranır ki, təmizlik xidmətinə artan təlabat dünyada və ayrı-ayrılıqda hər bir ölkədə artmaqdadır.

Bunun ayrı bir səbəbi də insanların getdikcə daha da rahatlıq istəməsi və əgər əziyyət çəkmədən alterantiv yollar varsa o alternativdən istifadə etməyə yönəlməkdir.

Sizi maddi baxımdan çox cətin bir vəziyyətə salmayacaq bir sərmayə ilə qura biləcəyiniz təmizlik şirkətindən pul qazanmaq üçün həyata keçirməniz gərəkən ilk addımlar bunlardır.

TƏMİZLİK ŞİRKƏTİ QURMAQ ÜÇÜN NƏLƏR LAZIMDIR?

  1. Hansı sahədə fəalliyət göstərəcəyinizi seçin. Əsas olan 3 təmizlik şirkət növü vardır:

– Ev təmizliyi: Əsas hədəfləri ev təmizliyi ilə məşğul olan şirkətlərdir.

– Ofis sahəsi təmizliyi: Əsasən böyük və orta şirkətlərin

– Xüsusi təmizlik: xüsusi sahələrin, evlərin və ofislərin təmizliyi üçün nəzərdə tutulur.

Siz bunlardan biri və yaxud bir neçəsi ilə eyni anda məşğul ola bilərsiniz. Lakin yaxşı olar ki, həm biznesi stabilləşdirmək, həm sektoru yaxşı tanımaq üçün həm də standartları təmin etmək üçün bir sahə ilə başlayasınız.

  1. Daima araşdırın. Araşdırma etmək hansı sahədə təmizlik işini edəcəyinizə qərar vermək baxımından çox önəmlidir. Bazar araşdırması etmək qiymətlərinizi müəyyənləşdirmək baxımından önəmlidir. Peşəkar görsənməyə çalışın və qiymətlərinizin digər təmizlik firmaları ilə rəqabət apara biləcəyinizdən əmin olun.