Skip to main content Skip to search

Biznes Plan – Korporativ

Daxili və beynəlxalq rəqabət artmaqda, texnologiya və beynəlxalq biznes dəyərləri çox sürətlə inkişaf etməkdədir. Böyüklüyündən asılı olmayaraq bütün bizneslər baş verən sürətli inkişafa ayaq uydurmaq məcburiyyətindədirlər. Elə buna görə bizneslər daha həssas və planlı addımlar atmalı, rəqbilərindən seçilmək üçün cəhdlər etməli, modern biznes dəyərlərindən faydalanmalı və idarəetmə motodikalarına müasir tətbiqlər  əlavə etməlidirlər.

Düzgün biznes dəyərləri formalaşdırmaq, idarəetmə sistemi formalaşdırmaq, müasir ERP, CRM, layihələrin İdarəedilməsi tətbiqlərindən istifadə etmək, düzgün korporativləşmək, bazarın, məhsulun və rəqiblərin analizini aparmaq, müştəri tələblərini düzgün aşkarlamaq, komandalaşmaq və komanda mədəniyyəti formalaşdırmaq, müasir marketinq və satış alətlərinə yiyələnmək, maliyyə analitikası formalaşdırmaq günümüzün biznesləri üçün mütləqdir. Bütün prosedurları təkminləşdirmək, şirkətin fəaliyyətlərini, məhsullarını, prosedurlarını formalaşdırmaq və qısa zamanda uğurlu nəticələr əldə edəcək şirkət halına gəlmək üçün şirkət daxili və şirkətdən kənar peşəkar mütəxəssislərdən dəstək almaq gərəklidir. Bu çətin və eyni zamanda marağlı yolda Onevision Business Solutions şirkətinin peşəkar komandası sizə yardımçı olmaqdan məmnunluq duyar. Layihə, yeni investisiya, yeni ədəflər  üçün gərəkli olacaq biznes planı bizim peşəkar komandaya həvalə edə bilərsiniz.

Prosedurlar necə baş verir?

  1. Şirkətiniz tərəfindən sorğu daxil olur və ilkin video görüş baş tutur,
  2. Onevison Business Solutions şirkəti tərəfindən sorğu analiz olunur,
  3. Təklif 7-10 iş günü içində hazırlanaraq qarşı tərəf ilə paylaşılır.

Biznes planın faydaları:

 
  • Şirkətin vizyonunun, hədəflərinin və strategiyalarının təyin olunması,
  • Dəyərlərin formalaşması və korporativləşmə
  • Bazarın analizi,
  • İdarəetmə sisteminin optimallaşdırılması,
  • Maliyyə sisteminin analizi və optimallaşdırılması,
  • Xərclər və qazancların tənzimlənməsi,
  • Marketinq və satış prosedurlarının optimallaşdırılması,
  • Qısa, orta və uzun müddətli hədəflərin təyin olunması,
  • Komandanın optimallaşdırılması,